Zaqatalada ağır qəza: sürücü və sərnişin öldü
Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 108-ci kilometrliyində, Zaqatala rayonunun ərazisindən keçən hissəsində baş verib.
1988-ci il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Taleh Aslanbəy oğlu Qaracayev idarə etdiyi "VAZ 21 06" markalı, 62-BX 409 dovlət qeydiyyat nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, avtomobili yolun kənarındakı ağaca çırpıb. Sürücü Taleh Qaracayev hadisə yerinədə ölüb. Avtomobildə olan sərnişin - 1985-ci il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini Qismət Ziyəddin oğlu Yunusov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralı Qismət Yunusov xəstəxanaya daxil olduqdan bir qədər sonra, səhər saat 07 radələrində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV