Rusiya daha bir sanksiya zərbəsi aldı - BU DƏFƏ AVROPADAN
Avropa İttifaqı Şurası Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, "Siemens" şirkətinə məxsus turbinlərin Rusiya tərəfindən Krıma ixracı ilə bağlıdır.
"Qara siyahı"da üç fiziki şəxs və üç kampaniya yer alıb. Sanksiya həm də Rusiyanın iki rəsmi şəxsinə şamil ediləcək. Onlardan biri energetika nazirinin müavini Andrey Çerezovdur.
Rəsmilər qaz turbinlərinin Krım yarımadasına daşınmasını reallaşdırıblar. Həmin avadanlıq isə "Siemens" şirkəti tərəfindən Rusiyaya yalnız adı çəkilən ölkə ərazisində istifadə edilməsi məqsədilə satılıb.
Rusiya Xarici İşlər Nazirliyindən yeni sanksiyalar düşünülməmiş addım kimi dəyərləndirilib və bunun cavabsız qalmayacağı bildirilib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV