Neft həftəni yüksək qiymətlə başa vurdu
OPEK ölkələrində gündəlik neft hasilatının həcmi 32,8 milyon barelə çatıb. Bu, 2017-ci ildə qeydə alınan ən yüksək göstəricidir. OPEK ölkələri üzrə müəyyən olunan kvota 31,9 milyon bareldir, hazırda gündəlik hasilat kvotadan təxminən 920 min barel artıqdır. Artım Liviya və Nigeriyada hasilatın artması hesabına baş verib, bu iki ölkə OPEK sazişində iştirak etmirlər.
ABŞ-da enerji daşıyıcılarına mövsümi tələbatın artması neftin qiymətlərinin ucuzlaşmasına mane olan əsas amildir. Birjalarda həftənin son seanslarında "Brent" markalı neftin bir bareli 52,38 dollardan satılıb, Qərbi Texas neftinin son satış qiyməti isə 49,53 dollar olub. Birjalar fəaliyyətlərini bazar ertəsi bərpa edəcəklər.
OXŞAR XƏBƏRLƏR
19:18
356
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
409
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
406
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1043
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
967
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1310