İsmayıllı meşəsini narkotik plantasiyasına çevirən şəxs tutuldu
İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Uştal kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Rafiq Səftər oğlunun kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.
İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən avqustun 4-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb.
Öz ifadəsində R.Məmmədov çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazidə əkdiyini etiraf edib.
OXŞAR XƏBƏRLƏR
19:18
356
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
409
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
406
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1043
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
967
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1311