Abşeron rayonunda piyadaların ölümü ilə nəticələnən iki yol qəzası olub

Abşeron rayonunda piyada yol qəzasının qurbanı olub.

APA TV xəbər verir ki, hadisə Müşfiqabad-Pirəküşkül yolunda baş verib.

1989-cu il təvəllüdlü Abbasov İlkin Bəylər oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Ağır xəsarət alan İ.Abbasov hadisə yerində dünyasını dəyişib.

Bakı-Şamaxı yolunda baş vermiş digər yol qəzası zamanı isə "Opel" markalı minik maşını yolun əks tərəfinə keçmək istəyən 1984-cü il təvəllüdlü Laçınov Yaqub Seyidverdi oğlunu vurub. Y.Laçınov da aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd edək ki, hər iki qəzanı törətmiş sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunub. İstintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR