Bakıda avtomobil işıq dirəyinə çırpılaraq yandı, sürücüsü xəsarət aldı
Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
Metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Renault Logan" markalı minik maşını qəfildən sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyini aşıran avtomobil ikinci dərəcəli yola keçib və yanmağa başlayıb. Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları cəlb edilib.
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Yol qəzasının baş verməsi səbəblərini Nizami polisi araşdırır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
OXŞAR XƏBƏRLƏR
19:18
356
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
410
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
408
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1043
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
967
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1311