Seşns: "Məxfi məlumatların KİV-ə sızdırılması qorxunc həddə çatıb"

ABŞ-da son üç ilin göstəricilərinə əsasən, cari ilin 6 ayı ərzində məxfi məlumatların KİV-ə sızdırılması halları qorxunc həddə çatıb. APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın baş prokurou Ceff Seşns açıqlayıb.

"Bu, ABŞ-ın maraqlarına və xüsusi xidmət orqanlarının fəaliyyətinə ciddi zərbə yaradıb", - Seşns belə deyib. O bildirib ki, hakimiyyət nümayəndələrini bu cür sızdırılma hallarının araşdırılmasına çağırıb və "xüsusilə Senatın bu məsələyə məsuliyyətli yanaşmalı" olduğunu düşünür.

Artıq 4 nəfərin məxfi məlumatların sızdırılmasında şübhəli olduğunu deyən baş prokuror istintaq sirri olduğu üçün təfərrüatlara toxunmayıb.

ABŞ-ın milli kəşfiyyat direktoru Deniel Kouts da öz növbəsində bildirib ki, məxfi məlumatların KİV-ə sızdırılması ölkənin təhlükəsizliyini zərbə altında qoyur və buna yol verən şəxsləri tapacağına dair vəd verib.

"Qeyd etmək istəyirəm ki, bu cür məlumatlar təkcə kəşfiyyat birliklərindən sızdırılmır, hakimiyyətə və Senata yaxın mənbələrin də bu işdə əli var", - Kouts belə deyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR