Gürcüstanın Baş Prokurorluğu Polşaya müraciət edib - SAAKAŞVİLİ İLƏ BAĞLI

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.

APA TV-nin yerli bürosunun məlumatına əsasən, müraciətə səbəb M.Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.

“Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb”, - Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M.Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR