Ucar sakini tanışının evini taladı
Ucar rayon sakini tanışının evindən oğurluq edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün Ucar şəhər sakini, Rəsul Rza küçəsi, ev 25 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Zülfiyə Ağasəf qızı Həmidova evindən qızıl-zinət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə məlumat verib. Məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qulabənd kənd sakini, 2000-ci il təvəllüdlü Sakit Salamat oğlu Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi maddi sübut kimi götürülüb.
Sakit Məmmədov oğurluq etdiyi ev sahibinin oğlu ilə tanış olduğunu, tanışının evinə gedəndə orada heç kim olmadığını görüb və oğurluq etmək qərarına gəlib. O, evin giriş qapısını sındıraraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Qeyd edək ki, saxlanılan şəxs 6 ay əvvəl analoji hadisəyə görə istintaqa cəlb olunub. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV