"Toyota Land Cruiser" aşdı: qadın sürücü və azyaşlı ağır xəsarət aldı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.

 

Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR