Gəncədə kafe yandı

Gəncədə kafedə yanğın olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata, görə hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Kifayət Qarayevaya məxsus ümumi sahəsi 300 kvadratmetr olan iaşə obyektinin 90 kvadratmetrlik hissəsinin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Alov həmçinin obyektdə olan 3 soyuducunu da sıradan çıxarıb.

Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.  

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR