Prezident İlham Əliyev Qaxda müşavirə keçirdi

Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

 

APA TV-nin məlumatına görə, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

 

Sonra Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "Şəki İpək" ASC-nin idarə heyətinin sədri Nizami Qəribov, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Zaqatala rayonu "Dağlar" fermer təsərrüfatının rəhbəri Telman Həsrətov və Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

 

Prezident İlham Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda tütünçülüyün, fındıqçılığın və baramaçılığın inkişafını əks etdirən sərgiyə baxıb. 

 

Sərgidə bu regionlarda müşahidə olunan uğurlar öz əksini tapıb. Son illərdə iqtisadi rayona daxil olan bölgələrdə fındıq, tütün və baramaçılığın inkişafı ilə bağlı xeyli işlər görülüb. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1 ton düşür. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub.

Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq. Tütünçülükdə də inkişaf meyilləri sürətlənir. Belə ki, 2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR