Qətər bütün məhsullarını Türkiyə vasitəsilə ölkəyə daşıyacaq - BÖYÜK ANLAŞMA
Türkiyə və Qətər arasında strateji müttəfiqlik münasibətlərinin inkişafı istiqamətində ilk mühüm addımlar atılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İzmirdə iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən toplantıda Kocaeli və Doha arasında birbaşa ticarət əlaqələri qurmaq barədə saziş imzalanıb.
Sazişə əsasən, Kocaeli limanı ilə Doha limanı arasında qarşılıqlı gəmi səfərləri həyata keçiriləcək. Bundan başqa Türkiyə və Qətər şirkətləri qida məhsulları, inşaat materialları, tibbi ləvazimatlar və dərman preparatlarının ticarətinə dair razılığa gəliblər.
Digər bir razılaşmaya əsasən, Qətər 2022-ci il dünya çempionatına hazırlıq məqsədilə ölkəyə gətiriləcək bütün məhsulların daşınmasını Türkiyə vasitəsilə həyata keçirəcək.
Görüşdə ümumilikdə 88 Qətər və 200 Türkiyə firması arasında müxtəlif sahələrdə əməkdaşlığa dair razılaşmalar əldə olunub.
OXŞAR XƏBƏRLƏR
19:18
357
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
410
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
408
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1043
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
967
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1311