Yaponlar Lənkəranın ucqar kəndinə içməli su xətti çəkdi - SU QİYMƏTİNƏ
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lənkəranın Günəhir kəndində içməli su təchizatı sistemi yenidən qurulub.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Yaponiya Hökumətinin Azərbaycanda həyata keçirdiyi "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı" çərçivəsində rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi layihəsinin icrası başa çatıb.
Bu münasibətilə keçirilən açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, Milli Məclisin deputatı Hadı Rəcəbli , Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər: "Bu Günəhir kəndində su yox idi, çox əziyyət çəkirdilər. Amma burdan 5-6 km məsafədəki meşələrimizdə su var idi, onu çəkmək bizim üçün çox çətin idi. Çox sağ olsun Yaponiya hökuməti, bizə kömək edib, su çəkdilər".
Layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi və "Qlobal-Humanitar Təşkilat" Qeyri-Hökümət Təşkilatı arasında fevralın 27-də imzalanıb. Kənd sakinlərinin su tələbatını ödəmək məqsədilə layihə çərçivəsində 14,3 kilometr su borusu, su anbarı, 40 ton həcmində rezervuar və 3 su bulağından ibarət olan yeni su təchizatı sistemi tikilib. Ümumi məbləği 82,213 ABŞ dolları təşkil edən layihədən 1500 kənd sakinin faydalanacaq: "Hər il Yaponiya öz yardımı nəticəsində Azərbaycanda 10 lay ihə icra edir. İndiyə qədər 220-dən çox lahiyə icra olunub və bundan sonra da daha çox ehtiyacı olanlar üçün belə lahiyələr icra olunacaq".
"Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı" çərçivəsində indiyədək yuxarıda qeyd olunmuş layihə də daxil olmaqla Lənkəran rayonunda 5 layihə icra olunub. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 222, ümumi dəyəri isə 18 milyon 950 min 433 ABŞ dolları təşkil edir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV