Göyçayda 3 otaqlı ev bir anda külə döndü - YANĞIN ANI

Göyçay rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə avqustun 3-də axşam saat 19:30 radələrində Göyçayın Mirzəhüseynli kəndində qeydə alınıb.


Kənd sakini 36 yaşlı Kərimov Ceyhun Malik oğluna məxsus ümumi sahəsi 90 kvadratmetr olan üç otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.


Hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat verilib.

Yanğınsöndürənlər əraziyə gəldikdə alov evin hər tərəfini əhatə etmiş olub. Hadisə zamanı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb, meyvə ağacları yanğından mühafizə edilib.

 
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğına elektrik naqillərində qısaqapanmanın baş verməsinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR