Hamamdan meyitini çıxardılar - LƏNKƏRANDA DƏM QAZI FACİƏSİ

Lənkəranda 37 yaşlı kişi  dəm qazından boğularaq ölüb.

 

APA TV-nin Сənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Qurumba kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı  Kərim Miriyev hamama çimmək üçün girib. Hamamdan gec çıxdığını görən ailə üzvləri onu huşsuz vəziyyətdə orada  aşkar ediblər.

Yaxınları ona ilkin tibbi yardım göstərmək istəsə də artıq gec olub.


Hadisəyə dəm qazının səbəb olduğu deyilir. Meyit Lənkəran morquna gətirilib. Müayinədən sonra ölümün səbəbləri tam bəlli olacaq.
 

Fakt araşdırılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR