Dolların zəifləməsi neftin qiymətini təzyiq altında saxlayır
OPEK ölkələrində ötən ay hasilatın artması və dolların digər valyutalara nəzərən dəyər itirməsi neftin qiymətini təzyiq altında saxlayır. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin 1 bareli 51,85 dollardan, Qərbi Texas neftinin bir bareli isə 48,88 dollardan təklif olunur.
Qiymətlərin 51-53 dollar aralığında dəyişməsinə səbəb ABŞ-da qaya neftinin hasilatı templərinin aşağı düşməsidir. Prosesin davamlı xarakter daşıyıb-daşımayacağı ölkədə şist nefti hasilatına cəlb olunan buruqların sayından asılı olacaq. Buna dair həftəlik hesabat bu gün açıqlanacaq.
Dolların dünyada bütün aparıcı valyutalara qarşı dəyər itirməsi də neftin qiymətinə təsir göstərir. Ekspertlər yaxın bir ay ərzində neftin qiymətinə təsir edən amillərin sabitləşdiyini, bu səbəbdən qiymətlərin 50-55 dollar aralığında dəyişəcəyini iddia edirlər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV