Senat Trampa qadağa qoydu - ABŞ TARİXİNDƏ İLK DƏFƏ

ABŞ Senatı ötən gün sentyabradək tətilə yollanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, tətilə getməzdən əvvəl Senat məzuniyyət dövründə prezident Donald Trampa təyinatlar etməyə qadağa qoyub.

 

Qərar yekdilliklə (100 səs) qəbul edilib. Senat avqust ayı ərzində hər biri bir neçə dəqiqə davam edəcək  9 formal sessiya keçirəcək.  

 

Qeyd edək ki, ABŞ prezidentləri bu vaxtadək Konqres tətilində olan zaman dəfələrlə məmur təyinetmə hüququndan yararlanıblar.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR