“Qəbələ” Avroliqa ilə vidalaşdı

Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edir. APA TV-nin məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxıb.

 

Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşüb.

 

Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlubiyyətə üzülüb.

 

Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodda yunanların müdafiəçisi Moledo topu öz qapısına göndərib.

 

Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib.

 

Matçda başqa qol olmayıb və təmsilçimiz Avroliqa ilə vidalaşıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR