Bakıda “Mercedes Gelandewagen” qəzaya uğradı və yandı: 2 ölü, 1 yaralı
Bakıda ağır yol qəzası baş verib, iki nəfər ölüb, bir nəfər yaralanıb. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
“Mercedes Gelandewagen” markalı avtomobil prospektin əsas yolu ilə metronun “Koroğlu” stansiyasından şəhərin mərkəzinə doğru hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə qarşıda hərəkətdə olan VAZ-21015 markalı avtomobilə dəyib, daha sonra isə maneəni aşaraq, Heydər Əliyev prospektinin köməkçi yoluna keçib. Burada ağaclara çırpılan avtomobil alışıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü Mehdi Əliyev ölüb, avtomobildəki sərnişin isə xəsarət alıb. “Mercedes Gelandewagen” yol kənarında olan piyadanı da vuraraq öldürüb. Onun şəxsiyyəti hələ məlum deyil.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanan avtomobil söndürülüb, ətrafdakı avtomobillər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV