Narkotiklə saxlanan Gürcüstan vətəndaşı: "Azərbaycan qanunlarını bilmirdim"
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, həmçinin yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Gürcüstan vətəndaşı Maksime Kobuladze saxlanılıb.
Onun əlindəki torbadan külli miqdarda narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Yasamal RPİ-nin baş müstəntiqi Rövşən Cavadovun sözlərinə görə, aşkar edilən narkotik maddə ekspertizaya göndərilib. Məlum oldu ki, 4 kiloqram 700 qram çəkisi var. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində M. Kobuladzenin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Tovuz rayonu ərazisində yabanı halda bitən sahədən yığıb. Saxlanılan şəxsin ifadəsinin yerində yoxlanılması məqsədi ilə Yasamal RPİ-nin NMB-nin əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Həmin ərazidən yabanı halda bitən 750 ədəd ümumi çəkisi 800 kiloqram olan çətənə kolları aşkar olunaraq müvafiq protokol tərtib olunaraq məhv edilib.
Maksime Kobuladze yabanı şəkildə bitmiş narkotik bitkiləri avtobusla gedərkən görüb: “Avtobusla gələndə pəncərədən gördüm ki, yabanı halda narkotik bitkilər var. Düşdüm, çantama yığdım. Azərbaycan qanunlarını bilmirdim. Cəzam nədirsə, çəkməyə hazıram”.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV