"Facebook" təsisiçsi Klintonun baş strateqini özünə müşavir götürdü
ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klintonun baş strateqi yeni vəzifəyə təyin olunub. APA TV-nin məlumatına görə, "Facebook"un təsisçisi Mark Tsukerberq və Pristsilla Çan ictimai rəy sorğuları üzrə mütəxəssisi Coel Benensonu özlərinə müşavir götürüblər.
Benensonun rəhbərlik etdiyi şirkət Tsuçerberq və Çanın təsis etdiyi xeyriyyə fondu üçün tədqiqatlar aparacaq. Yeni təyinat "Facebook" təsisçisinin öz xeyriyyə fəaliyyətini beynəlxalq siyasətə transformasiyasına necə əhəmiyyət verdiyini göstərir. Benensonun təyinatını ekspertlər belə dəyərləndirirlər.
Xatırladaq ki, Barak Obamanın siyasət üzrə sabiq müşaviri Devid Plauff da hazırda Tsuçerberq və Çanın xeyriyyə fondunda çalışır. Ötən il Mark Tsukerberq mövcud xəstəliklərlə mübarizəyə həsr olunmuş tədqiqatların aparılmasına 3 milyard dollar vəsait ayırıb. Bu məbləğ 10 il ərzində müvafiq tədqiqatlara həsr ediləcək.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV