Mosulda 48 rus uşağı tapıldı - ONLAR NİYƏ İRAQA GƏTİRİLİB?

İraqın Mosul şəhərində İŞİD tərkibində döyüşən ruslara aid olduğu bildirilən 48 uşaq aşkarlanıb.

 

APA TV-nin məlumatına görə, bu açıqlamanı Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Anna Kuznetsova verib.

 

Müvəkkil həmin uşaqların valideynləri tərəfindən Rusiyadan qanunsuz yolla çıxarıldığını da sözlərinə əlavə edərək bildirib ki, uşaqlar Rusiyaya gətirilib reabilitasiya mərkəzlərinə yerləşdiriləcək, daha sonra isə başqa ailələrə veriləcək.

 

Qeyd edək ki, hazırda Rusiyanın Xarici İşlər Nazirliyi uşaqların ölkəyə qaytarılması istiqamətində iş aparır.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR