Yaponiya hökuməti istefaya getdi

Yaponiya hökuməti tam tərkibdə istefasını ötən gün baş nazir Sindzo Abeyə təqdim edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, baş nazir artıq hökumətin yeni tərkibini formalaşdırıb. Maliyyə naziri, Rusiya ilə əlaqələr üzrə nazir, habelə hökumətin baş katibi öz vəzifələrində qalıblar. Xarici işlər naziri postuna ölkədəki ABŞ hərbi qüvvələrinin statusuna yenidən baxılmasının tərəfdarı kimi tanınan Taro Kono təyin olunub, maliyyə naziri vəzifəsi isə İtsunori Onodereyə həvalə edilib.


Qeyd edək ki, hökumətin tərkibindəki dəyişiklik qanuni prosedur qaydaları ilə izah edilir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR