Lənkəranda avtomobil körpüdən aşdı, 5 polis ağır yaralandı

Lənkəranda avtomobil körpüdən aşıb, 5 nəfər xəsarət alıb. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın  Osaküçə kəndi ərazisində qeydə alınıb. Masallı sakininin idarə etdiyi ”Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dağlıq ərazidə körpüdən aşıb.

 

Qəza nəticəsində maşında olan 5 nəfər ağır  xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılar Masallı rayon sakinləri, 33 yaşlı Vüsal Məmmədov, 31 yaşlı  Əlizamin Rızayev, 34 yaşlı  Elşad Məmmədov və 29 yaşlı  Fərrux Niftiyevdir.  

 

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir. Qəzanın dəqiq səbəbi məlum deyil, faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR