Avropa Birliyi Baltik dənizi ilə Qara dənizi birləşdirir - 12 MİLYARDLIQ LAYİHƏ
Avropa Birliyi Baltik və Qara dənizi birləşdirəcək su dəhlizinin tikintisi üçün Polşa, Belarus və Ukraynaya 12 milyard dollar vəsait ayırmağa hazır olduğunu bildirib.
APA TV-nin məlumatına görə, 2000 kilometr uzunluğu olacaq dəhlizin 500 kilometri Belarusun payına düşür. Su dəhlizinin yaradılması üçün Visla, Qərbi Buq, Pripyat və Dnepr çaylarının, gəmiçilik üçün yararlı olan kanalların imkanlarından istifadə ediləcək. Layihə həyata keçdikdən sonra yüklərin Baltik dənizindən Qara dənizə daha qısa yolla və ucuz daşınması mümkün olacaq.
Hesablamalara görə, yeni kanal vasitəsilə yüklərin Qara dənizə daşınması dəmiryolu daşımalarından 1,5, avtomobil vasitəsilə daşımalardan isə 5 dəfə ucuz başa gələcək.
OXŞAR XƏBƏRLƏR
19:18
374
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
427
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
424
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1046
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
970
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1316