Goranboyda 40-dan çox sürücü saxlanılıdı - REYD

Goranboyda reyd keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi reyd zamanı 40-dan artıq avtomobil saxlanılıb.

Reyddə təhlükəsizlik kəmərindən istifadə etməyən, cəriməni vaxtında ödəməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də müvafiq sürücülük vəsiqəsi olmadan, sükan arxasına sərxoş vəziyyətdə əyləşənlər aşkarlanıb. Gecə saatlarına qədər davam edən yoxlamalarda sənədsiz sərnişin daşıyan sürücülərdə saxlanıb.

Ümumilikdə reyd zamanı 20-dən artıq inzibati protokol tərtib edilib ki, onlardan 4-ü sərxoş halda sükan arxasında əyləşənlərə yazılıb. Bölmədən verilən məlumata görə, rayon ərazisində reydlər mütəmadi olaraq davam etdiriləcək.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR