ABŞ-ın neft ehtiyatları azaldı, "qara qızıl" bahalaşır

ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatlarının həcminə dair açıqladığı hesabat "qara qızıl"ın qiymətinə dəstək olub. APA TV-nin məlumatına görə, hesabatdan sonra birjalarda neftin qiyməti yüksəlməyə başlayıb. Səhər seanslarında "Brent" markalı neftin bir bareli 52,40 dollardan, Qərbi Texas neftinin bir bareli isə 49,37 dollardan satılıb.

 

Hesabata əsasən, ötən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 1,53 milyon barel azalıb. Amerika Neft İnstitutu həcmin 1,78 milyon barel, ekspertlər isə 2,8 milyon barel azalacağını proqnozlaşdırmışdı. Proqnozlar arasındakı fərq hesablama metodlarının fərqliliyi ilə izah olunur. ABŞ-da həftə ərzində benzin ehtiyatlarının həcmi isə 2,52 milyon barel azalıb. Bu rəqəmlər neftə tələbatın artacağı kimi dəyərləndirilir, bu səbəbdən birjalardakı əhval-ruhiyyə neftin qiymətini gün ərzində təxminən 1 dollar bahalaşdırıb.

 

Neftin son 5 aylıq maksimumu yeniləməsinə mane olan məqam isə ABŞ-da gündəlik neft hasilatının artmasıdır. Hazırda ölkədə sutkalıq hasilat 20 min barel artaraq, ölkənin xaricdən idxal etdiyi gündəlik neft həcmi isə 209 min barel təşkil edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR