Şəmkirdə “Oka” maneəyə çırpıldı: 4 yaralı

Bakı-Qazax magistral yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

 

“Oka” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Bunlar Göygöl sakini, 40 yaşlı Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 28 yaşlı Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları -  5 yaşlı Nəzrin və 7 yaşlı Nihaddır. Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, digər uşağın vəziyyətinin isə normal olduğu bildirilir. Avtomobilin sürücüsü və Təhminə Abdullayevin avtomobildəki digər övladı qəza zamanı xəsarət almayıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR