1-ci kurs tələbəsinin faciəvi ölümü: dostları ilə çayda çimərkən boğuldu

Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb. Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü  Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb.

 

Aparılan ilkin araşdırmalar nəticəsində gəncin çayda boğularaq öldüyü məlum olub. BDU-nun Qazax filialının 1-ci kurs tələbəsi olan Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən boğulub.

 

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR