İsmayıllıda ev əşyaları ilə birlikdə kül oldu

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Güyüm kəndində qeyd alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Həsənov Nizami Xəqani oğluna məxsus fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. 1950-ci illərdə tikilən və ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli kürsülü ev içərisindəki əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı iki ev alovdan mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR