ABŞ “Green card” şərtlərini sərtləşdirir
Ağ Evdə Respublikaçı senatorlar tərəfindən işçı vizasının (“qrin kart”) verilməsi üçün məhdudiyyətlər və şərtlərə dair yeni qanun layihəsi təqdim olunub. APA TV-nin məlumatına görə, təşəbbüs prezident Donald Tramp tərəfindən dəstəklənib.
“Mən hələ prezidentliyə namizəd olarkən ABŞ işçiləri və vergi ödəyicilərinin müdafiəsinə yönələn immiqrasiya sistemini təşviq etmişəm”, deyə D.Tramp bildirib.
Onun sözlərinə görə, baxılması üçün Konqresə təqdim edilən qanun layihəsi “qrin-kart”ların verilməsi qaydalarını dəyişdirəcək.
“Son illər ABŞ-a aşağı ixtisaslı insanlar gəlir. Yeni qanun layihəsi köhnə qaydaları əvəzləyərək yeni, bal üzərində qurulan sistemin tətbiqini nəzərdə tutur. Yeni müsabiqə çərçivəsində üstünlük ingilis dilində danışanlara, özlərini və ailələrini təmin edə bilənlərə və iqtisadiyyatımıza fayda verə biləcək bacarığı olanlara veriləcək”.
Qanun layihəsini senatorlar Tom Kotton və Devid Perdu hazırlayıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV