Luçesku Türkiyə millisində!

Futbol üzrə Türkiyə millisinin baş məşqçisinin adına aydınlıq gəlib. APA TV-nin məlumatına görə, “ay-ulduzlular”ı bundan sonra Mirça Luçesku çalışdıracaq.

 

Türkiyə Futbol Federasiyasının rəsmi saytından verilən açıqlamada rumıniyalı mütəxəssislə 2+1 illik razılıq əldə edildiyi bildirlib.

 

Onunla avqustun 3-də rəsmi müqavilə imzalanacaq. Luçesku Türkiyə millisində illik 2.5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Mirça Luçesku daha əvvəl bu ölkənin “Qalatasaray” və “Beşiktaş” klublarında işləyib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR