Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava olub

Moskvada özbəklərlə ermənilər arasında kütləvi dava olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, insident tikintidə çalışan iki qrup arasında baş verib.


Davada hər iki tərəfdən təxminən 40 yaxın fəhlə iştirak edib. Nəticədə 6 nəfər xəstəxanalıq olub. Onlar xəstəxanalara yerləşdirilib.

Tikinti meydançasında başlayan davada tərəflər kuvaldlardan, bellərdən və armaturlardan istifadə edilib.

İnsidentə ermənilərdən birinin tullantıları damdan özbəklərin üstünə atması səbəb olub.
 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR