Rusiya böyük müəssisələrini Çinə "bağışlayır"
Rusiya ən böyük müəssisələrinin özəlləşdirməsində Çin şirkətlərinin iştirakında maraqlıdır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, bu barədə Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin bildirib.
Nazir qeyd edib ki, atıq bununla bağlı çinli həmkarı ilə müzakirələr başlanıb. Əlavə edib ki, ölkəsinin elə müəssisələri var ki, onlar yalnız Çin investorlarının marağında deyil: "Biz başqa ölkələrdən olan sərmayədarlara da danışıqlar aparırıq. Müxtəlif variantlar, bu variantların daha səmərəli nəticə verməsi üçün də reallıqlar mövcuddur".
İki ölkə arasında elektron ticarətin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Oreşkin bildirib ki, bu sahədə Çin bazarını dünyanın ən böyüklərindən biri adlandırıb:
"Bu bazarda 1,3 milyard potensial müştəri var. Bu rəqəm Rusiya şirkətlərinin inkişafı üçün çox vacibdir. Biz nəticə əldə etmək üçün Çin şirkətləri ilə əməkdaşlığa hazırıq".
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV