Kinolarımızda ən yaddaqalan ifadələr - SORĞU
Bu gün Azərbaycanda Milli Kino günüdür.
APA TV-nin məlumatına görə, ilk milli filmimiz 1915-ci ildə çəkilib. 10 il sonra Azərbaycan Film Kino İdarəsinin nəzdində studiya təşkil edildi ki, sonradan, daha dəqiq isə 1961-ci ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlandı. Azərbaycan kino tarixinin ən məhsuldar dövrü də məhz bundan sonrakı illərə təsadüf edib desək, yəqin ki, yanılmarıq. 1960, 1970, 1980-ci illərdə çəkilən ekran işləri bu günə qədər yaddaşlardadır. Elə keçirdiyimiz sorğuda da bunun şahidi olduq.
Azərbaycan filmlərinə çox baxmıram. Atamın ən sevdiyi film "Axırıncı aşırım"dır. Mən də bir dəfə marağa baxmışam. Orada belə bir cümlə var:
"Abbasqulu bəyin nazı ilə çox oynayırsan, Kərbəlayı".
"Ulduz" filmində rəhmətlik Lütfəli Abdullayev deyir ki, "hamı deputat kimi danışır". Sonra "Yeddi oğul istərəm" filmində Gəray bəy deyir ki, "komsomolun canı it canıdır".
"O olmasın, bu olsun" kinosunu xoşlayıram. İfadələr bir o qədər də yadımda qalmayıb amma orada bir səhnə var ki, qızın atası hamını bir yerə toplayır, ən xoşladığım səhnədir.
"Qaynana" filmində məşhur bir ifadə var:
"Gəlin qaynananın süpürgəsidir. Harada qoysa, orada da qalmalıdır".
"Axırıncı aşırım" filmində "Bacıoğlu, söz güləşdirirsən, ha". Ən çox yadımda qalan budur.
"Kişinin qoluna qandalı da gərək kişi vursun".
Ən çox yaddaqalan ifadə: "Əhməd haradadır?".
Ən sevdiyim film "Yol əhvalatı"dır. Orada yaddaqalan ifadələr çoxdur. Məsələn, deyir ki, "nəinki ərəbiski, nə bilim, nə zibilskidir?"
"Ögey ana" filmində İsmayılın "ana" deməsinə baxanda adamın tükləri biz-biz olur.
"Yuxu" filmində Əlabbasın dənizdə üzüb getməsi, digər oğlanın onu çağırması səhnəsi xoşuma gəlir.
"O olmasın, bu olsun" filmində mahnı oxuyur: "Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana".
"Yeddi oğul istərəm" də səhv etmirəmsə, belə ifadə var. Arxadan güllə ilə vurulan adam deyir ki, "kişi kişini arxadan vurmaz, bəy".
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV