Dünyanın dərdi İŞİD, Türkiyənin dərdi ABŞ - ARAŞDIRMA

Dünyanın məşhur Pew Research Center tədqiqat mərkəzi növbəti araşdırmanın nəticələrini aşıqlayıb. APA TV-nin məlumatına görə, 38 ölkədə 42 min respondent arasında keçirilən sorğunun nəticələrinə görə, Birləşmiş Ştatları ən böyük təhlükə hesab edən ölkələr sırasında ilk yeri Türkiyə tutur. Türklərin 72 faizi  ABŞ-ın dünya üçün ən böyük təhlükə sayır. Cənubi Koreya vətəndaşlarının 70, Yaponiya vətəndaşlarının 62 faizi bu fikri bölüşür. Araşdırmada ortaya çıxan ən maraqlı məqam odur ki, ABŞ-ı dünya üçün ən böyük təhdid sayan ilk üç ölkə Birləşmiş Ştatların müttəfiqləridir.

 

Birləşmiş Ştatları dünyanın təhlükəsizlik sistemi üçün ən az təhdid hesab edənlər Polşa və İsrail vətəndaşlarıdır. ABŞ-ın qonşuları olan Meksika və Kanada belə bu ölkəni Rusiya və Çindən daha böyük təhlükə hesab edir.

 

Araşdırmanın ümumi nəticələrinə görə, dünya əhalisi İŞİD və qlobal istiləşməni planet üçün ən böyük təhlükə sayır. ABŞ və 17 Avropa ölkəsində keçirilən sorğuda İŞİD ən böyük təhdid adlandırılıb. Cənubi Amerika və Afrika ölkələrində isə vətəndaşların 89 faizi iqlim dəyişikliklərini ən böyük təhlükə sayır. Qlobal istiləşməni ən çox təhdid hesab edən ölkə isə İspaniyadadır. Sorğuya qatılan ispanların 89 faizi ən böyük təhdid sualına "qlobal istiləşmə" cavabı verib.

 

Yunanların 88, Venesuela vətəndaşlarının isə 56 faizini İŞİD və qlobal istiləşmədən çox dünya iqtisadiyyatının vəziyyəti narahat edir. Polyak və macarların 67 faizi İraq və Suriyadan Avropaya mühacir axınından narahatdır. Almaniya hökuməti miqrant problemini ölkənin təhlükəsizliyi üçün ən böyük təhdid elan etsə də, sıravi almanların cəmi 28 faizi hökumətin bu fikrini bölüşür.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR