Sarayda kanala düşən maşından sürücünün meyiti çıxarıldı

Saray qəsəbəsində  avtomobil kanala düşüb.  APA TV-nin  məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub. 

 

Hadisə yerinə çatan  FHN -nin əməkdaşları  avtomobilin sürücüsü - 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun meyitini  sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

 

Əməliyyat saat 05:02-də başa çatıb.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR