İŞİD Ankarada terror törədə bilər - VALİLİK XƏBƏRDARLIQ ETDİ
Ankara valiliyi İŞİD terror təşkilatının partlayışlar törədə biləcəyi təhlükəsini nəzərə alaraq avqust ayında paytaxtda bütün aksiyaları qadağan edib. APA TV-nin məlumatına görə, valilik bildirib ki, İŞİD və digər terror təşkilatlarının əhalinin sıx toplaşdığı məkanlarda partlayışlar törətmək ehtimalı çox yüksəkdir, bu səbəbdən park, bağ və digər ictimai yerlərdə hər cür etiraz aksiyası, toplantı və konsertlər qadağan olunur. Valilik əlavə edib ki, qanun hökmündə qərarnamələr əsasında həbs olunan DHKP-C terror təşkilatının üzvlərinə dəstək məqsədilə aksiyalar keçiriləcəyinə dair məlumatlar əldə edilib. Açıqlamada bu tip aksiyaların qarşısının tərəddüd etmədən alınacağını bildirilir.
OXŞAR XƏBƏRLƏR
19:18
382
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
434
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
432
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1049
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
970
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1318