Saakaşvili: "Poroşenko məndən ehtiyat edir"

"Mən Ukrayna vətəndaşıyam və mütləq ora qayıdacağam".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bu bəyanatla çıxış edib. O, həmçinin ABŞ-ın müdafiəsinə ehtiyacı olmadığını deyib.

 

Bununla belə sabiq qubernator Ukraynaya qayıdacağı konkret vaxtı açıqlamayıb.

M. Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya mesaj göndərib: "Baş verənlər Poroşenkonun ehtiyat etdiyi güclü oyunçunun siyasi arenadan kənarlaşdırılmasından başqa bir şey deyil".

 

Qeyd edək ki, M. Saakaşvili prezident P. Poroşenko tərəfindən iyulun 26-da sənədlərindəki uyğunsuzluq səbəbindən vətəndaşlıqdan məhrum edilib. Bundan sonra o, hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR