Qəbələ Beynəlxalq Musiqi Festivalında Britaniya orkestri çıxış edib
IX Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. APA TV-nın yerli bürosunun xəbərinə görə, bu gün Heydər Əliyev Konqres Mərkəzinin önündə quraşdırılan açıq səhnəyə çıxan Böyük Britaniyanın “FeMusa” Kamera Orkestrinin çıxışı olub.
2008-ci ildə Böyük Britaniyanın istedadlı qadın musiqiçiləri tərəfindən təşkil edilən və peşəkar beynəlxalq kamera orkestri hesab edilən “FeMusa” daim müasir dövrün bəstəkarlarının əsərləri ilə çıxış edir və dünya musiqisini klassik səhnəyə daha geniş şəkildə təqdim edir. “FeMusa” musiqiçiləri ənənəvi qərb repertuarı ilə birlikdə nadir və ya daha az tanınan əsərləri ifa edərək multikultural aspektləri inkişaf etdirirlər.
Britaniyalı musiqiçilər Qəbələ festivalında bəstəkar A.Vivaldi, E.Elqar, P.Uarlok, P.Levis, E.Bloq, K.Cenkins, F. Əmirov və Q. Qarayevin əsərlərini ifa ediblər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV