Masallıda gənc ailənin yeni tikdiyi ev yandı

Masallıda iki mərtəbəli yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Kənd sakini Ülfət  Əhmədova məxsus yaşayış evində anidən yanğın başlayıb. Hadisə zamanı evdə ailə üzvlərindən heç kim olmayıb. Hadisədən yaxınlıqdakı insanlar xəbər tutublar. Dərhal hadisə yerinə Masallıdan və Lənkərandan yanğınsöndürmə briqadaları cəlb edilib. Ümumi  sahəsi 280 kvadrat metr olan ikimərtəbəli evin ikinci mərtəbəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Birinci mərtəbə və yaxınlıqda yerləşən evlər yanğından mühafizə olunub. Ev sahibinin sözlərinə görə, hadisəyə elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

 

Ülfət  Əhmədov, ev sahibi: “Yanğın zamanı evdə olmamışıq. Qohumgildə idik. Uzaqdan gördük yanğın var. Gəldim gördüm ev yanır. Təkcə qızılları götürə bildik, qalan hər şey yanıb kül oldub.

 

Qeyd edək ki, yaşayış evi yeni inşa edilib və ailə bir ildir ki, orada yaşayırdı. Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR