Kürdəmirdə üç otaqlı ev yanıb

Kürdəmirdə ev yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə,  hadisə avqustun 1-i axşam saatlarında şəhərin Mehdi Hüseynzadə 1961-ci il təvəllüdlü Mahirə Xankişi qızı Şirəliyevaya məxsus birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan evin 87 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi  və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə  elektrik naqillərindəki qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR