Əfqanıstanda məscidə hücum: azı 29 ölü, 64 yaralı
Əfqanıstanın qərbindəki Herat şəhərində məscidə hücum olub. APA TV-nin məlumatına görə, dalbadal törədilən iki partlayış və silahlı hücum nəticəsində azı 29 nəfər dünyasını dəyişib.
Əvvəlcə terrorçulardan biri Cavadiyyə məscidinin girişində üzərindəki partlayıcını işə salıb. Bundan sonra başqa bir terrorçu məscidə daxil olub və panikada olan insanlara atəş açmağa başlayıb. Sonda ikinci partlayış törədilib.
Şəhər rəsmiləri hücum nəticəsində 29 nəfərin öldüyünü, 64 adamın isə yaralandığını təsdiqləyiblər. Tələfatın artacağı istisna olunmur. Məscid terror aktı nəticəsində yararsız vəziyyətə düşüb.
Terrora görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
OXŞAR XƏBƏRLƏR
19:18
382
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
434
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
432
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1049
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
970
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1318