Bakıda “Mercedes” yolun ortasında dayanan taksiyə çırpıldı

Bakıda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Aeroport şosesində qeydə alınıb.

 

Taksi fəaliyyəti ilə məşğul olan Sərxan Hüseynovun idarə etdiyi “Samand” markalı avtomobil yolun sürətin yüksək olduğu zolağında xarab olub. Sürücü avtomobili elə həmin zolaqda da saxlayıb və baqaj qapısını açıb. Arxadan gələn “Mercedes” markalı avtomobilin sürücüsü Adnan Orucov yolun ortasında dayanmış “Samand”ı gec görüb. Nəticədə “Mercedes” “Samand”a çırpılıb.

 

Sərxan Hüseynov, “Samand”ın sürücüsü: “Qəza işıqlarını yandırıb, baqajı açmışam. Özüm də “jivoy” işarə - əlimlə xəbərdarlıq edirdim. Maşını orta zolaqda saxlamışdım. Necə vurdusa, maşın getdi dayandı orda”.

 

Adnan Orucov, “ Mercedes”in sürücüsü: “Avtomobil üçüncü zolaqda dayanmışdı. Mənim sürətim 50-60 idi. Qəfildən gördüm, maşını qaçıra bilmədim və qəza oldu”.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR