Tilsim qırıldı: “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində!
Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxıb.
Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə 1:2 hesablı qələbəyə sevinib.
Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu nəhayət keçə bilib. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyaya son qoyub.
Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV