Siyəzəndə "Toyota" yük maşınını aşırdı, xəsarət alanlar var

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomaşınla "Zil" markalı yük maşını toqquşub. Arxadan yük maşınına çırpılan "Toyota"nin zərbəsindən yük maşını aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslər  "Toyota"nın sürücüsü 20 yaşlı Abdulla Mirzəyev, onun sərnişinləri 37 yaşlı Cəmilə Mirzəyeva, 62 yaşlı Nailə və 27 yaşlı Yelena Bayramovlar, eləcə də yük maşının sürücüsü, 33 yaşlı Elşad Heydərovdur.

Yük maşınının sürücüsü qəzanı belə xatırlayır: "Qubadan taxıl biçimindən qayıdırdım. 60-70-lə gəlirdim, "Prado" məni vurdu. Yüksək sürət maşını çevirdi. Maşının içindən çıxdım, sonra huşumu itirdim".

"Qəza ilə bağlı 5 nəfər gətirilib. Onlara tibbi yardım göstərilib, hazırda da davam etdirilir. Hamısının vəziyyəti qənaətbəxşdir".

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR