"Oğlunu buraxdırmaq üçün müstəntiqə pul verməlisən" - 3 AZƏRBAYCANLI TUTULDU
Xarkov vilayətində dələduzluqla məşğul olan azərbaycanlılar həbs olunub. APA TV-nin məlumatına görə, saxlanan dəstə üzvləri vətəndaşlara zəng edərək hədə-qorxu gəlib və külli miqdarda pul tələb ediblər. Dəstə üzvləri konkret sxem üzrə işləyiblər. telefon kitabçasından müəyyən etdikləri nömrələrə zəng edərək övladlarının polisdə olduğunu deyir, onların azadlığa buraxılması üçün müstəntiqə müəyyən miqdarda pul ödəməli olduqlarını bildirirlər. Sadəlövh vətəndaşlar dərhal tələb olunan məbləği verməyə razılaşır, bu zaman dəstə üzvlərindən biri polis geyimində telefon soraq kitabçası vasitəsilə müəyyən etdikləri ünvana gedərək pulu götürür. Sonuncu dəfə 79 yaşlı təqaüdçü qadından pul almağa gedən dəstə üzvü polis tərəfindən cinayət başında yaxalanıb. O ilkin istintaq zamanı şəriklərini ələ verib.
Saxlanan üç azərbaycanlının Ukraynada analoji cinayətlərə görə əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV