Almaniya sonuncu "Tornado" təyyarəsini də İncirlikdən çıxardı
Türkiyədə NATO-ya məxsus İncirlik hava limanındakı sonuncu Almaniya təyyarəsi bu gün hərbi bazanı tərk edib. Almaniya Müdafiə Nazirliyi İncirlik hava limanındakı 5 təyyarədən sonuncusunun Reynland Platz vilayətindəki Buşel hərbi bazasına endiyini açıqlayıb. Bu təyyarələr bir müddət Almaniyada qaldıqdan sonra İordaniyadakı Muvaffak Salti hərbi bazasına göndəriləcək. Hazırda həmin bazada tikinti işləri davam edir. İşlər başa çatdıqdan sonra "Tornado" kəşfiyyat təyyarələrinin texniki təchizatı gəmi və təyyarələrlə Türkiyədən İordaniyaya aparılacaq. Alman "Tornado"ları oktyabr ayından etibarən yenidən kəşfiyyat uçuşlarına başlayacaqlar.
Xatırladaq ki, İncirlikdən İordaniyaya aparılan tanker təyyarəsi artıq bu ölkədə uçuşlara başlayıb.
OXŞAR XƏBƏRLƏR
19:18
399
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320