Qəbələdə "Baku Chamber Orchestra" Kamera Orkestrinin konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
APA TV-nin yerli bürosunun məlumatına görə, iyulun 31-də Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Daha sonra açıq səhnədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Kamera Orkestrinin konserti olub. Orkestri əməkdar incəsənət xadimi, dirijor Fuad İbrahimov müşayiət edib.
Sonra isə konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyevanın çıxışı olub.
OXŞAR XƏBƏRLƏR
19:18
397
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320